Tanınmış aktyor melodiyasını kimə hədiyyə etdi?

Tanınmış aktyor melodiyasını kimə hədiyyə etdi?

"Həyat varsa", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında baş rolları ilə tamaşaçıların sevgisini qazanmış tanınmış kinoaktyor Ruslan Sabirli onu sevənlərə daha bir maraqlı sürpriz edib. Belə ki, o, tamaşaçılarına musiqi tövhəsi verib. Bu barədə kinoaktyor özü SİA-ya açıqlama verib: "İlk musiqi kompozisiyamı 1996-cı ildə bəstələmişəm və o vaxtdan bəri təxminən 10-a yaxın bəstəm mövcuddur. Uzun müddətdir ki, onları nə vaxtsa aranjiman edib məni və yaradıcılığımı sevən insanlara təqdim edəcəyim arzusu ilə yaşayırdım. Qismət bu günə imiş. İlk olaraq pərəstişkarlarıma 2009-cu ildə bəstələdiyim "Yaz xatirələri" adlı kompozisiyamı təqdim etmək qərarına gəldim. Bu melodiya hazır olan kimi kövrək hisslərə qapıldım. Bir tərəfdən neçə illərdir arzusunda olduğum xəyalın reallaşması sevinci, digər tərəfdən isə bir vaxtlar yaşadığım hisslərin xatirələri kövrəltdi məni. Bu kompozisiya həyatımda yaşadığım bir sevgi hekayəsidir və onu bu gün yanımızda olmayan lakin qəlbimizdə yaşayan insanlara həsr edirəm. Ümid edirəm ki, "Yaz xatirələri" adlı kompozisiya insanlar tərəfindən seviləcək."

Sözügedən melodiyanı sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə