Rəqsanə hamilə olduğunu təkzib etdi

Rəqsanə hamilə olduğunu təkzib etdi

Müğənni Rəqsanə İsmayılovanın ötən gün instagramda paylaşdığı hamilə qadın fotoları onun övlad gözlədiyi təəssüratını yaradıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin "Gəlir eee, gəlir" ifadəsi bu ehtimalı bir daha təsdiqləyib.

Məsələ ilə əlaqədar olaraq ifaçının özündən münasibət öyrəndik: "Yox, hamilə deyiləm. Amma yenidən ana olmaq istəyirəm. Çoxuşaqlı ana olmağın nəyi pisdi? Sosial şəbəkədə olan şəkilləri də bəyənərək paylaşmışam. Şərhi də fotodakı xanım üçün yazmışam. Sadəcə səhv başa düşülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə