Qalmaqallı müğənni Kərim Abbasov may ayında keçirəcəyi konserti haqqında ətraflı məlumat verib. SİA-ya danışan sənətçi həmkarı Zamiqin bostanına daş atmağı da unutmayıb: "May ayında konsert verməyi düşünürəm. Konsertimi prodüser Tolik təşkil edəcək. Həmin gecəyə gələn insanları darıxdırmamaq üçün bacardığımı edəcəm. Konsertimdə xalq artisti Alim Qasımovla səhnəyə çıxmağı düşünürəm. Onu da deyim ki, konsertimdə ön sıralarda xalq artistlərindən Nisə Qasımovanın, Flora Kərimovanın, İlhamə Quliyevanın, İlqar Muradovun, Brilliant Dadaşovanın əyləşməsini istərdim. Xüsusi ilə diqqətinizə çatdırım ki, bəzi sənət dostlarım kimi əlim cibimdə və ya arxamı publikaya tərəf çevirib oxumayacam. Belə hərəkətlər tərbiyəsizlikdir. Sənətçilərimizin elə mahnı səsləndirmələri daxili komplekslərindən irəli gəlir".
Əməkdaşımızın "Müğənni Zamiq də əli cibində oxuyur" deməsinə Kərim belə münasibət bildirib: "Əli cibində ifa edən sənətçilərimiz çoxdur. Təkcə bu xüsusiyyət Zamiqə aid deyil. Mənim o, ifaçıyla heç bir problemim yoxdur. Sadəcə olaraq fikrimi dedim ki, həmkarlarım bu sözlərimdən nəticə çıxarsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB