Elçin Abbasa cavab verdi FOTO

Əməkdar artist Abbas Bağırov həmkarı Elçin Hüseynovu qınayıb. Abbas Elçinin biznesi daha çox düşünməsini tənqid edib: "Elçin mənə yaxındır. Ancaq o, musiqidən çox biznesini düşünür. Bəlkə də, haqlıdır. Çünki hər bir insan sabahını sığortalamalıdır".

Abbasın tənqidi fikirlərinə Elçin də münasibət bildirib: "Abbasla dostuq. Hər bir kəsin iradına hörmətlə yanaşıram. Ancaq musiqi mənim üçün öndədir. Çünki qurduğum biznesi sənətimdən əldə etdiyim gəlirlərlə yaratmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə