Sənətçi bu il də ənənəsinə sadiq qaldı

Sənətçi bu il də ənənəsinə sadiq qaldı

Hər il ənənəsinə sadiq qalan müğənni Elçin Hüseynov bu il də yeni klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi "Yalanın adı" adlı bəstəsini ekranlaşdırıb. O, xoş gününə sənət dostlarını da cəm edib. Belə ki, tədbirdə əməkdar artist Abbas Bağırov, müğənnilərdən Rüfət Axundov, Elçin Cəfərov, Vüqar, Kərim Abbasov, Roza Zərgərli, Sevinc Ağaşirinova, Emil Bədəlov, Zarina, aktyorlardan Nicat Rəhimov, Ramil Babayev, Elçin Məmmədli, teleaparıcılardan Azər Şirin, Azər İsmayılov, İlkin Həsəni, Şəhriyar Əbilov, Cavid Gül, Zaur Nəbioğlu, rejissor Nail Naiboğlu, prodüser Təranə, rəqqasələrdən Fatimə Fətəliyeva, Oksana Rəsulova, media nümayəndələri və başqaları olub.

Ekran işi haqqında "ağızdolusu" danışan Elçin lentə aldırdığı mahnının dinləyicilər tərəfindən sevildiyini söyləyib: " "Yalanın adı" mahnım çox sevildiyi üçün qərara gəldim ki, klip çəkdirim. Burada bir çox insanların əməyi var. Ümid edirəm ki, sözügedən klipim tamaşaçılar tərəfindən müsbət qarşılanacaq".

"Yalanın adı" ekran işinə səbəbkarın həmkarı Kərim Abbasov da fikirlərini söyləyib: "Mahnı gözəldir. Ancaq klip qardaş ölkənin sənətçisi Mustafa Cecelinin ekran işinə bənzəyir".

Qeyd edək ki, mərasimi idarə etmək aparıcı Azər Şirinə həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə