Bir müddət öncə müğənni Səidə Dadaşovanın gənc meyxanaçı Fərhadla iş birliyinə başlaması böyük qalmaqala səbəb olmuşdu. Buna baxmayaraq, ifaçılar yenidən bir araya gələcəklər. Bu haqda SİA-ya danışan meyxanaçı ətraflı məlumat verib: "Xeyli vaxt bundan əvvəl Səidə xanımla "O mən idim" adlı bəstəmiz işıq üzü gördü. Hətta mahnıya uyğun fotosessiya da etdirdik. Şəkillərimiz böyük səs-küyə səbəb oldu. Hətta həmin fotolardan sonra söylədilər ki, aramızda sevgi münasibətləri yaşanır. Ancaq qətiyyən belə bir münasibət yoxdur. Sadəcə olaraq Səidə xanımla dostuq. Hazırda xanım Dadaşova ilə növbəti duet üzərində çalışırıq. Mahnı "Təkcə sən mənimsən"adlanır. Bəstənin sözləri və musiqisi mənə aiddir. Yaxın günlərdə dinləyicilərin ixtiyarına verəcəyik".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB