Müğənni Zarina Məmmədovadan yeni xəbər var. Bu haqda SİA-ya ifaçının prodüseri Təranə Səmədova məlumat verib: "Zarina yeni bəstə üzərində çalışır. Mahnının adı "Tapım səni" adlanır. Sözügedən müğənni bu bəstəni artıq 1 il idi ki, bəyənmişdi. Sadəcə olaraq indi oxumaq qərarına gəlib. Mahnının sözləri Ramiz Rövşənin, musiqisi isə Elçin İmanovundur".
Qeyd edək ki, "Tapım səni" bəstəsi hazır olduqdan sonra dinləyicilər tərəfindən sevilərsə, Zarina bu mahnıya klip də çəkdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB