Əli Mirəliyev bütün müğənnilərdən üzr istədi

Əli Mirəliyev bütün müğənnilərdən üzr istədi

Qalmaqallı müğənni Əli Mirəliyev ölüm gününün yaxınlaşdığını söyləyib. O, SİA-ya açıqlaması zamanı ömrünə 5 ay qaldığını deyib: "Atam 65 yaşında vəfat edib. İçimdə elə bir hiss var ki, son 4-5 aya mən də dünyamı dəyişəcəm. Ona görə qəlblərinə dəydiyim sənət dostlarımla barışıram ki, onlar mənə halallıq versin. İstəmirəm ki, öləndən sonra kimlərsə arxamca pis fikirlər səsləndirsin. Onu da deyim ki, hər zaman çalışmışam müğənnilərə düzgün yol göstərim. Məndən inciməsinlər. Mən xalqıma bağlı biriyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə