Müğənniliyi ilə yanaşı, rəqs etməyi də bacaran Emil Bədəlov həmkarı Kərimdən daha da yaxşı oynadığını iddia edib. Bu haqda SİA-ya danışan ifaçı maraqlı fikirlər səsləndirib: "Həmkarım Kərim Abbasovla getdiyimiz tədbirlərdə birgə rəqs edirik. Birlikdə oynamağımız çoxlarının xoşuna gəlsə də, mən Kərimdən daha yaxşı oynayıram. Sözügedən ifaçı nə qədər tər töküb rəqs etsə də, mənimlə yarışa bilməz. Nəzərinizə çatdırım ki, atam musiqiçi olub. Hazırda da qaynatam və qayınlarım musiqili ilə məşğuldurlar. Bir sözlə uşaqlığımdan bu günə kimi musiqi ilə yaşayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB