Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac şou-biznesdə özünü birinci gördüyünü deyib. İfaçı SİA-ya açıqlama verərək səsinə güvəndiyini söyləyib: "Özümü şou-biznesin ən güclü səsi və birincisi hesab edirəm. Müğənnilərin bir çoxu tamaşaçıları fonoqramla aldadır. Çünki səslərinin gücü yoxdur. Mən səsimə çox güvənirəm. İstedad dediyin insanın canında olmalıdır. Pul gücünə gələn müğənni pulu bitəndən sonra elə gəldiyi kimi də gedir".
Qeyd edək ki, Aytac bir neçə gün öncə sənət dostlarını başına cəm edərək təntənəli şəkildə 24 yaşını qeyd edib.
Müğənninin ad günündən olan fotoları sizlərə təqdim edirik:








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB