Şou-biznesdə daha bir qalmaqal FOTO

Şou-biznesdə daha bir qalmaqala start verilib. SİA-nın verdiyi xəbərə görə, müğənnilər Elxan Qaraxanoğlu ilə Elnar Xəlilov üz-üzə gəliblər. E.Qaraxanoğlu həmkarının ulduz xəstəliyinə tutulduğunu iddia edərək bostanına daş atıb: "Bir zamanlar çörək kəsdiyin insanları tanınıb, məhşurlaşdıqdan sonra həyatından silmisən. Ancaq unutma ki, hər şeyin sonu var. Ulduzluq etmək lazım deyil".

Onun bu fikirlərinə qarşı tərəf cavab verib: "Elxan heç vaxt özümü kimdənsə üstün bilməmişəm və mən ulduzluq xəstəliyinə tutulmamışam. Bir günün içində tanınmamışam. 4 yaşımdan səhnədəyəm. Sənin söylədiklərin fərziyyədir".

Bütün xəbərlər Facebook səhifəmizdə