Əməkdar artist oğlunun toyunda olanları təkzib etdi

Əməkdar artist oğlunun toyunda olanları təkzib etdi

Deyilənlərə görə, əməkdar artist Elza Seyidcahanın oğlunun toyunda dava düşüb. El şənliyinə xanım Seyidcahanın keçmiş qudaları qan-qaraçılıq salmaq istəyiblər.

Bununla əlaqədar olaraq əməkdar artistin özü ilə əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı xəbəri təkzib etdi: "Mənim keçmiş qudalarım mehriban insanlardır. Üstəlikdə onlar burda yox, Moskvada yaşayırlar. Belə söz-söhbəti çıxaran insanlar paxıllığımı edirlər. Onu da deyim ki, oğlumun toyu çox yüksək səviyədə keçdi".

Sözügedən hadisəyə Elza xanımın yaxın dostu stilist Samiraldo da münasibət bildirdi: "Əkbərin el şənliyinə Elza xanım məni də dəvət etmişdi. Toy çox gözəl keçdi. Hər kəs doyunca əyləndi. Elza Seyidcahan oğlu və gəlini ilə doyunca rəqs etdi. Orada heç bir qalmaqal yaşanmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə