Hazırda başı Türkiyədə yaradıcılıq işlərinə qarışan xalq artisti Aygün Kazımovadan yenilik var. SİA-nın verdiyi xəbərə görə, sənətçi qardaş ölkədə türkiyəli müğənni-bəstəkar və aranjimançı Mustafa Ceceli ilə görüşüb. O, Ceceli ilə yeni işbirliyinə start verib. Xanım Kazımova "Azərbaycan" mahnısını yenidən oxuyacaq. Hazırda Mustafa Ceceli həmin mahnının aranjimanı ilə məşğuldur.
Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Hikmət Mirməmmədliyə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB