Prodüser gözlənilməz addım atdı

Prodüser gözlənilməz addım atdı

Prodüser Tolik xəstə uşaqlara kömək etmək qərarına gəlib. Bu haqda SİA-ya prodüserin özü məlumat verib: "May ayının ortasında xeyir iş görəcəyik. İki balamız ağır xəstəlikdən əziyyət çəkir. "Məlahətli Ana" xeyriyyə cəmiyyəti ilə Elton və Sevdaya konsert təşkil edəcəm. Məkan isə Heydər Əliyev Sarayı olacaq. Dəqiq vaxt hələ ki, məlum deyil. Satılan biletlərin hamısı uşaqların əməliyyatına sərf olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə