Aktyor xəstəliyə tutuldu

Türkiyəli aktyor Tolqa Karel "Survivor" verilişində hələ də "Ünlüler" komandasında iştirak edir. SİA-nın verdiyi xəbərə görə, aktyor sözügedən yarışmada xəstəliyə tutulub. Martın 2-dən etibarən Dominikan Respublikasında "Survivor"da yarışan T.Karel bir ay yarım mübarizənin sonunda 6 kq çəki verib. Eyni zamanda dırnaq yemək xəstəliyinə tutulub.

Tolqa Karelin dırnaqlarını qanadana qədər yeməsi digər iştirakçıların da diqqətini çəkib. Aktyor bu vərdişi barəsində "İllər əvvəl də bu narahatlığım var idi. Adada keçirdiyim stress, sıxıntı ucbatından yenidən dırnaqlarımı yeməyə başlamışam" sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə