Rejissordan növbəti yenilik FOTOLAR

Rejissor Nail Naiboğlu prezident təqaüdçüsü, tarzən Mustafa Aşurov üçün yeni klip çəkib. Bu barədə SİA-ya rejissorun özü məlumat verib: " Tarzənin ifa etdiyi "Şərq və Qərb" adlanan kompozisiyanı ekranlaşdırdım. Çəkilişlər 2 gün davam etdi. Klipdə Mustafa 2 obrazda olub. Ekran işindəki görüntülər şərq ilə qərbin sintezidir".

Qeyd edək ki, klipin operatoru Emin Hüseynov, montaj Elnar Həşimov, produser Pərviz Oqtayoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə