Bəstəkar-müğənni Emin Ağalarov "Xərçəng əleyhinə birləşək" adlı sosial layihədə iştirak edib. SİA rus mətbuatına istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə nəzərdə tutulan layihə çərçivəsində video çarx çəkilib. Çarxda tanınmış simalar yer alıb. Onlar xəstəlik haqqında danışaraq, insanları onunla bağlı daha çox məlumat əldə etməyə çağırıblar. Xəstəlikdən əziyyət çəkənlərə dəstək olublar.
Emin eyni zamanda "Master Card" xeyriyyə kampaniyasının səfiri təyin edilib.
Qeyd edək ki, çarxda Eminlə yanaşı, aktrisa Darya Moroz, Marina Aleksandrova da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB