Biznesmen müğənni hansı sənətkarın evində qonaq oldu? FOTOLAR

Biznesmen müğənni hansı sənətkarın evində qonaq oldu? FOTOLAR

Biznesmen müğənni Orxan Babazadə Türkiyənin sənət babası sayılan Orxan Gəncəbayla olan layihəsini nəhayət ki gərçəkləşdirib. Bu yaxınlarda İstanbuldan qayıdan Orxan özü bu barədə SİA-ya açıqlama verib."İki gündür ki, İstanbuldan qayıtmışam. Orxan Gəncəbay məni evində qonaq etdi. Sözügedən sənətkar çox səmimi və təvazökar insandır. Onunla ikinci dəfə görüşməyimə səbəb "Ya rəbbim" mahnısının klip çəkilişi ilə bağlı idi. Mahnını ifamda dinlədi və çox xoşuna gəldi. Ekran işinin Türkiyədəki kadrları artıq hazırdır. Bakıdan lazım olan görüntüləri isə yaxın günlərdə lentə alacağıq. Klip hazır olduqdan sonra Orxan Gəncəbaya göstərəcəyik. Daha sonra ekran işini "Kral TV"-də yayımlamaq fikirindəyəm. Klipin rejissoru Əsmər Kamilqızıdır. Onu da deyim ki. Orxan Gəncəbayı paytaxtımızda qonaq etməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə