Əməkdar artist Abbas Bağırov solo konsert verəcək. SİA-nın məlumatına görə, ifaçı 2 gün "Gəl" adlı konsert proqramı ilə çıxış edəcək. A. Bağırov konsertində sevilən mahnıları ilə yanaşı, yeni bəstələrini də təqdim edəcək.
Nəzərinizə çatdıraq ki, konserti əməkdar artist Ənvər Sadıqovun rəhbərlik etdiyi orkestr müşayiət edəcək.
Qeyd edək ki, Abbas Bağırovun konserti 27-28 iyun, saat 19:00-da Yaşıl Teatrda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB