Flora Kərimova səhhətinə görə vətəni tərk etdi?

Flora Kərimova səhhətinə görə vətəni tərk etdi?

Son zamanlar xalq artisti Flora Kərimovanın səhhətində ciddi problemlər olduğu söylənilir. Hətta sənətçinin yaradıcılığına fasilə verdiyi deyilir.

Məsələ ilə əlaqədar olaraq Xanım Kərimovayla əlaqə saxladıq. Sənətkar SİA-ya açıqlaması zamanı Azərbaycanda olmadığını bildirdi: "Hazırda Almaniyada, oğlumun evindəyəm. Buraya işlərimlə əlaqədar olaraq gəlmişdim. Aprel ayının 22-də vətənə dönəcəm. Səhhətimdə ciddi heç nə yoxdur. Özümü normal hiss edirəm".

Xalq artisti yaradıcılığından da söz açıb: "Kəmaləddin Heydərov mənim üçün "Hər şey xatirədir" adlı mahnı yazıb. Hələ ki, bəstə tam hazır deyil. Gərgin iş prosesi gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə