Əməkdar artist verilişinə həmkarını dəvət etdi FOTOLAR

Əməkdar artist verilişinə həmkarını dəvət etdi FOTOLAR

Əməkdar artist Tünzalə Ağayevanın "TRT Muzik" telekanalında yayımlanan "Bir səsin cazibəsi" verilişinin növbəti buraxılışının qonağı bəlli olub. SİA-nın verdiyi xəbərə görə, Tünzalə bu dəfə verilişində həmkarı Samirə Allahverdiyevanı qonaq edib. T.Ağayeva budəfəki seçiminin çox ürəyincə olduğunu deyib: "Çox sevinirəm ki, Samirə kimi bir səsi "TRT Muzik"in tamaşaçıları da dinləyəcək. O, Azərbaycan tamaşaçısının qəlbinə yol tapdığı kimi türkiyəli dinləyicilərin də ürəklərini fəth edəcək. Samirəylə illərdir dostuq. Buna görə də veriliş çox əyləncəli keçəcək".

Qeyd edək ki, Tünzalə Ağayeva verilişdə modelyer Gülnarə Xəlilovanın hazırladığı libasları geyinir. Verilişə həftənin şənbə günü Bakı vaxtı ilə saat 00:30-da baxa bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə