Ekranlara daha bir layihə gələcək. Bu haqda SİA-ya teleaparıcı Günay Firudinqızı məlumat verib: "ATV telekanalında "Azərbaycanın səsi" adlı yeni layihəyə start verdik. Dörd münsif olacaq. Onlar müğənnilər Natavan Həbibi, Elnarə Xəlilova, Nadir Qafarzadə və meyxanaçı Namiq Qaraçuxurludur. Hər münsifin 16 tələbəsi olacaq. Həftə ərzində onlar ələnəcək. Sanki tanınmışlar bir-biri ilə yarışacaq. Seçimlər başa çatdıqdan sonra canlı efir başlayacaq. SMS səsvermə ilə ən yaxşı səsi olan seçiləcək. Qalib gələn iştirakçıya isə avtomobil hədiyyə ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB