Xalq artistindən xoş xəbər var

Azərbaycanın xalq artisti Şahnaz Haşımovanın ailəsindən xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, bu haqda sənətkarın bacısı, əməkdar artist Aybəniz Haşımova məlumat verib: "Mayın 4-də gözəl Gəncəmdə, sevimli bacım, dəyərli səs sahibi, əvəzssiz sənətkar Şahnaz xanımın evində toy - bayram olacaq. Nəvələri Eldar, Zaur, Elginin kiçik toylarıdır. O gün olsun əziz bacım, onların və digər nəvələrinin böyük toylarını etsin. Sənətkar olmaqla yanaşı, sənətkarın ən böyük qazancı Allahdan ana, nənə adı qazanmasıdır. Əsl nənə, əsl ana olmaq üçün gərək zəhmət çəkəsən. Mənim ən böyük əxlaq örnəyim, evimizin, ailəmizin, başımın tacı olan dəyərli bacım Şahnaz xanımın gözləri aydın olsun, evində isə toy- büsat heç zaman bitməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə