Bu gün hər kəsin "Bozbash Pictures"dən və "Bacanaqlar" serialından yaxşı tanıdığı aktyor Nicat Rəhimovun doğum günüdür. Bu haqda SİA-ya danışan aktyor onu ad günü münasibəti ilə ilk olaraq "Bozbash pictures" ailəsinin təbrik etdiyini söyləyib: "Hazırda Astarada olduğum üçün 28 yaşımı yaxın dostlarımla yəni, İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev və Rza Bəbirovla qeyd edirəm. Onlar məni yuxudan oyadıb, surpriz edərək hədiyyələr alıblar. İlkin isə mənə zarafat olaraq salfet hədiyyə edib. Bu hədiyyəni mənə almasına səbəb burnumdan əməliyyat olduğum üçün tez-tez salfetdən istifadə etməyimdir. Bakıya gəldikdən sonra təmtəraqlı doğum günü keçirəcəm".



.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB