Opera ifaçısı məhrum sənətkarımızı yad etdi

Opera ifaçısı məhrum sənətkarımızı yad etdi

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün dünya şöhrətli ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlayıb. Bu haqda SİA-ya danışan Oya xanım bildirib ki, disk Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanıb: "Azərbaycan Dövlət Filarmoniyasında lentə aldırdığım ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət yeni albomum artıq hazırdır. Tez bir zamanda təqdimatını keçirəcəm. Ümid edirəm ki, musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz bu albomun ən səviyəli şəkildə çıxması üçün əlimizdən gələn etdik. Onu da deyim ki, Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlamaq böyük məsuliyyətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə