Reper Qurd bəzi kişi müğənnilərin geyimini ələ salıb. Reper bu haqda SİA-ya maraqlı açıqlama verib: "Bəzi kişi sənətçiləri şou-biznesə inkubator dəbi gətiriblər. Belə ki, əksər ifaçılar hipster saç, saqqaldan və eynəkdən istifadə edirlər. Hətta yay mövsümünə qədər trenajorda məşq edib, daha sonra bədənlərini nümayiş etdirirlər. Ən əsası isə qollarına bahalı saat taxaraq özlərini reklam edirlər. Məncə, belə fikirdə olmaqdansa bir az insanlığa üstünlük verək".
Sənətçiləri qınayan Qurd Azərbaycana ilk olaraq hipster saç və saqqal dəbini Rəhim Rəhimlinin gətirdiyini bildirib: "Heç kimin bostanına daş atmaq fikrində deyiləm. Ancaq Azərbaycana hipster saç və saqqal dəbini dostum Rəhim Rəhimli gətirib. Hətta onun bu imicini qardaş ölkənin müğənnisi Halil Sezaiyə bənzədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB