Aktyor ailəsindən danışdı

"Səndən sonra" serialında Famil obrazını canlandıran aktyor Elçin Məmmədli hazırda gördüyü işlərdən danışıb. Aktyor SİA-ya açıqlaması zamanı bunları deyib: " "Səndən sonra" filmindən sonra hər kəs məni özümdən razı kimi tanıyır. Ancaq qətiyyən belə deyiləm. Bunu ətrafımda olan dostlarım da təsdiqləyə bilər. Sadəcə olaraq bir az əsəbiyəm. Bildiyiniz kimi, sözügedən serial bu yaxınlarda bitdi. Ona görə vaxtımın çoxunu "Ulduzların döyüşü" layihəsinə həsr etmişəm".

Aktyor ailəsindən də söz açıb: "Teleaparıcı Könül xanımla evliyəm. Bir qızım var".

Bütün xəbərlər Facebook səhifəmizdə