Samira nədən utanır?

Müğənni Samira geyimlərindən söz açıb. Sənətçi SİA-ya açıqlaması zamanı kompleksli biri olmadığını söyləyib: "Mən daha çox sport geyimlərə üstünlük verirəm. Çünki özümü o üslubda rahat hiss edirəm. Həm də mənə yaraşır. Kompleksli sənətçi deyiləm. Onu da deyim ki, diqqət mərkəzində olmağı sevmirəm. Çünki o zaman utanıram. Ona görə də çalışıram ki, libaslarım gözəçarpan olmasın. Fikrimcə, insan sadə geyimdə daha gözəl görünür ".

Bütün xəbərlər Facebook səhifəmizdə