Hazırda dələduzluq (CM 178-ci maddə) ittihamı ilə barəsində həbs qəti-imkan tədbiri seçilən İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə hüquqlarını qoruduğu şəxs haqqında SİA-ya açıqlama verib.
Vəkil hazırda İlham Mirzəyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını deyib. Bildirib ki, mətbuatda İ.Mirzəyevin məhkəmə çəkişməsində olduğu Asif Əliyevlə birgə Kürdəxanı təcridxanasında saxlandığı haqda barədə məlumatlar həqiqəti əks etdirmir.
İlham Mirzəyevin Nərimanov Məhkəməsində bayılması xəbərini də təkzib edən vəkil deyib ki, bu xəbərlər də tamamilə yalandır, jurnalist təxəyyülünün məhsuludur: "Ailəsi tez bir zamanda İlham Mirzəyevin azadlığa buraxılmasını istəyir. Övladları onun yolunu gözləyir. Teleaparıcı ona şər atıldığını deyir. İnanır ki, haqq-ədalət gec-tez öz yerini tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB