Kərim onu qınayanlara cavab verdi

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov Məşəd ziyarətinə gedib. SİA-nın verdiyi xəbərə görə, sənətçinin bu haqda sosial şəbəkələrdə yazması yaxşı qarşılanmayıb. Bir çoxları K. Abbasovu özünü reklam etməkdə günahlandırıb. Müğənni qınaqlara belə cavab verib: "Özümü ziyarətə gedərək reklam etmirəm. Ağzıgöyçəklər artıq-əskik danışmasınlar. Sadəcə, sevincimi sizinlə bölüşmək istədim. Ziyarətlə reklam olmur. Həm də mənim reklama ehtiyacım yoxdur. Bu qədər tanınıb, sevilirəm. Bu mənə bəsdir".

Bütün xəbərlər Facebook səhifəmizdə