Bəstəkar Nazim Məmmədov yeniliklərindən söz açıb. Nazim SİA-ya açıqlaması zamanı çalışdığı müğənnilərin adlarını söyləyib: "Hazırda Ayaz Qasımovla iş birliyimiz var. Musiqisi mənə, sözləri müğənni Elton Hüseynəliyevə aid bəstə ifa edəcək. Ritmik mahnıdır. Günay İbrahimli ilə də yeni bəstə üzərində işləyirik. Mahnı "Gerçek sandım" adlanır. Sözügedən parçanın sözləri Azər Şirinə məxsusdur. Musiqisi mənə aid olan "Mənə bir az ondan danış" bəstəsini Mirkamil Kamilov Könül Kərimovadan halallıq alaraq oxuyub. Yaxın günlərdə tamaşaçılara təqdim edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB