Xalq artistləri Abbasa qarşı çıxdılar

Xalq artistləri Abbasa qarşı çıxdılar

Əməkdar artist Abbas Bağırov xalq artisti Flora Kərimova və Brilliant Dadaşovanın onun haqqında dedikləri sözlərə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, müğənni bu haqda verilişlərin birində danışıb: "Əgər mənim haqqımda istər yaxşı, istər pis danışırlarsa, deməli, mən varam, varlığımdan narahat olurlar. Yaşda məndən böyük olub, hörmətsizlik etsələr, buna yol vermərəm. Onu da deyim ki, hər iki xalq artistinin mənə qarşı pis fikirdə olmaqlarına səbəb İlhamə Quliyeva ilə yaxın münasibət qurmağımdır. İlhamə xanım böyük, dəyərli sənətkardır. Bu gün titulundan asılı olmayaraq, kim onun qarşısına çıxsa, İlhamə xanımla oxuya bilməz".

Qeyd edək ki, xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova bir müddət öncə Abbas Bağırovun oxuya bilmədiyini demişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə