Müğənni Ayan Babakişiyeva 25 yaşının tamam olması münasibətilə qonaqlıq təşkil edib. Bu haqda SİA-ya sənətçinin mətbuat katibi xəbər verib. Mərasimdə bəstəkar, şairə Xanım İsmayılqızı, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Elçin İmanov, aktyor Şeyx Əbdül Mahmudbəyov iştirak edib, səbəbkar haqqında xoş arzularını dilə gətiriblər. Daha sonra Ayanla uzun illər dostluq edən tanınmış qənnadçı, "Bu bir sirdir" verilişinin aparıcısı və rəhbəri Bəhruz özünün hazırladığı tortla sənətçini təbrik edib.
Elçin İmanovu mənəvi atası və ilk müəllimi adlandıran yubilyar bu gün də ondan dərs aldığını və bəstəkarın yeni bəstələrini səsləndirəcəyini bildirib.
Qeyd edək ki, Ayanın xoş gününə əkiz qardaşı Samir Babakişiyev də qatılıb. Hazırda Türkiyədə oxuyan Samir bu özəl gündə ailəsinin yanında olub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB