Prodüser: “Məhəbbətini etiraf etməyə çalışır”

Prodüser: “Məhəbbətini etiraf etməyə çalışır”

Başı qalmaqallardan açılmayan prodüser Təranə Səmədova qızı haqqında danışıb. Bu haqda SİA-ya açıqlama verən Təranə xoşbəxt olduğunu da diqqətə çatdırıb: "Çox xoşbəxtəm. Çünki Suel kimi qızım var. Bütün günü nənəsinin yanında olsa da, mənimlə birlikdə olmaq ona daha çox sevinc gətirir. Balaca kövrək əlləri ilə üzümü-gözümü sığallayaraq mənə olan məhəbbətini etiraf etməyə çalışır. Mənim üçün dünyada bu balaca varlığın anası olmaqdan daha gözəl nə ola bilər?"

Bütün xəbərlər Facebook səhifəmizdə