Rəqsanə şou-biznesdən uzaqlaşdı

Müğənni Rəqsanə İsmayılova şou-biznesdən uzaqlaşıb. SİA-ya açıqlama verən xanım ifaçı etdiyi qalmaqallara görə, peşman olduğunu etiraf edib: "Artıq şou-biznesdən gedirəm. Nə qədər qalmaqal etmək olar? Köhnə sujetlərimə baxanda çox utanıram. Gərək zamanında söz-söhbətlərə fikir verməyəydim. Kənardan çox biabırçı görünür. Şou-biznes nümayəndələri, boş yerə qalmaqal yaradıb, tamaşaçıları bezdirməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə