Müğənni Elnur Məmmədovyeni diskini ərsəyə gətirib. Bu haqda SİA-ya mətbuat katibi məlumat verib: " "Sən elə bir zirvəsən" adlanan albomda Kamal və Baba Vəziroğlunun birgə yaradıcılıq məhsulları yer alıb. Ümimilikdə, alboma 10 bəstə ("Gəlsən də, gəlməsən də", "Ayrılığa dözərəm", "Bağışlaram səni", "Bilsən də, bilməsən də", "Dəniz", "Səndən başqa", "Səndən nigaranam", "Yenə yaz gələcək", "Sən elə bir zirvəsən") və bir instrumental mahnı ("Gəlsən də, gəlməsən də - instrumental (Muxtar Abseynov ) daxil edilib. Sənətçi uzun zaman idi ki, hər iki müəllifin mahnılarından ibarət albom çıxarmağı planlaşdırırdı. Bundan sonra Baba Vəziroğlu və Elnur Məmmədov əməkdaşlığı davam etdirəcəklər".
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB