3 aydır xəstəxanada müalicə alan məşhur türk aktyoru Nejat İşlər uzun müddətdən sonra ayağa qalxıb. SİA-nın verdiyi xəbərə görə, yanvarın 17-də orqan çatışmazlığı və ağır sətəlcəm diaqnozu ilə xəstəxanaya yatırılmış aktyorun səhhətində ciddi irəliləyiş var. Tibb bacılarının köməkliyi ilə N. İşler yeriyə bilir.
Qeyd edək ki, Nejat İşlər xəstəxanadan çıxandan sonra Bodrumdakı evinə gedəcək. Aktyor bir müddət istirahətdən sonra yeni həyata başlayacağını deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB