Faiqlə Nadir barışdı

Xalq artisti Faiq Ağayevlə müğənni Nadir Qafarzadə küsülülüyə son qoyublar. SİA-nın verdiyi xəbərə görə, Nadir hazırda münasibətlərinin yaxşı olduğunu deyib: "İkimiz də kamil insanlarıq. Buna görə də aradakı qalmaqala son qoyduq. İndi münasibətlərimiz yaxşıdır. Mənim içimdə Faiqə qarşı kin yoxdur. Məclislərdə qarşılaşmırıq. Nə qədər gec-gec görüşsək, o qədər yaxşıdır. Tez-tez rastlaşanda insan bir-birini qıcıqlandırır".

Bütün xəbərlər Facebook səhifəmizdə