Bu gün əməkdar artistin doğum günüdür

Bu gün əməkdar artistin doğum günüdür

Bu gün əməkdar artist Yaqub Zurufçunun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, müğənninin 58 yaşı tamam olur. O, xoş gününü ailəsi ilə birgə qeyd edəcək.

Nəzərinizə çatdıraq ki, əslən təbrizli olan ifaçı 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Müğənni sonuncu dəfə Avstraliyada konsert verərək Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Yaqub Zurufçunun ən sevilən bəstəsi "Dəniz" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə