Röyanın biletləri satılmadı?

Xəbər verdiyimiz kimi, müğənni Röya Ayxan Moskvanın Kreml sarayında konsert proqramı ilə çıxış edəcək. Konsertə sayılı günlər qalsa da onun barəsində xoşagəlməz söz-söhbətlər gəzir. Deyilənlərə görə, ifaçının konsertinin biletləri satılmayıb.

Sözügedən məsələyə aydınlıq gətirmək üçün Röyanın prodüseri Kənanla əlaqə saxladıq. Kənan SİA-ya açıqlaması zamanı xəbərin yalan olduğunu bildirdi: "Röyanı təkcə Azərbaycanda deyil bir çox ölkələrdə sevirlər. Adıçəkilən sənətçinin Moskvada da fanatları olduğu üçün, kifayət qədər bilətlər satılıb".

Qeyd edək ki, Röya Ayxanın "Mənəm" adlı konserti aprel ayının 18-i, saat 19:00-da Moskva Dövlət Kreml sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə