Şou-biznesdə növbəti küsülülüyə son qoyulub. SİA-nın verdiyi xəbərə görə, "Biletini alma" mahnısı üzərində bir-birlərindən inciyən xalq artisti Aygün Kazımova və müğənni Ramal İsrafilov barışıblar. Belə ki, Ramal tədbirlərin birində sözügedən bəstəni ifa edərək Aygünə yaxınlaşıb. O, xanım Kazımovanın əlindən tutaraq rəqsə dəvət edib. A. Kazımova Ramalın dəvətini qəbul edərək "Biletini alma" mahnısını İsrafilovla birgə səsləndirməyə başlayıb. Onların küsülülüyə son qoymaqları kənarda əyləşən şou-biznes nümayəndələrinin də ürəyincə olub və onları alqışlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB