Türkiyəli aktrisa Pınar Altuğun həyat yoldaşı, aktyor Yağmur Atacan dünən axşam saatlarında silahlı hücuma məruz qalıb. SİA-nın verdiyi xəbərə görə, iş yerinin qarşısında maşınına minmək istəyən aktyora motosikletli bir kişi tərəfindən atəş açılıb. Güllə, maşının qabaq şüşəsinə dəyərək arxa şüşədən çıxıb. Yağmur Atacan zərər görməyib. Hadisə ilə bağlı istintaq başlayıb.
Qeyd edək ki, Yağmur Atacan üç ay əvvəl Alper Çağrı Önal adlı şəxsə 45 min dollar borc verdiyi, borcunu geri istəyəndə isə döyüldüyü barədə polisə şikayət etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB