Müğənni Sevinc Ağaşirinova gizli saxladığı həyat yoldaşından söz açıb. Bu haqda SİA-ya açıqlama verən sənətçi həyat yoldaşı ilə barışdığını və boşanmayacağını bildirib: "Bir müddət öncə yoldaşımla aramızda inciklik yaranmışdı. Hazırda barışmışıq, boşanmayacağıq. Artıq ailəmdə hər şey qaydasındadır. O, yenə həyatımdadır. Problemi həll etdik, razılaşdıq. Sözümüz-söhbətimiz bir-birimizin boğazından keçir. Övladım da yaxşıdır, böyüyür. Daha çox atasına bənzəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB