Məşhur cütlüyün toyu oldu FOTOLAR

Məşhur cütlüyün toyu oldu FOTOLAR

Şairə Leyli İsrafilova və bəstəkar Hakan Erol nigah masasına əyləşiblər. SİA-nın verdiyi xəbərə görə, cütlüyün xoş gününə tanınmış simalar da qatılıb. Onlar arasında xalq artisti Aygün Kazımova, müğənnilərdən Miri Yusif, Samir Piriyev, Sevda Yahyayeva, Elçin Cəfərov, Pərviz Mahmudov, Günay İbrahimli, prodüser Tolik, Ruhi Əliyeva, bəstəkar Nazim Məmmədov və başqaları olub.

Gecədə maraqlı anlar yaşanıb. Belə ki, Hakan Erol həyat yoldaşı üçün mahnı səsləndirib.

Qeyd edək ki, cütlüyün nişanı yanvarın 9-da olub. Onlar ailə qurduqdan sonra Türkiyəyə köçəcəklər və fəaliyyətlərini orada davam etdirəcəklər.

Allah xoşbəxt eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə