Teleaparıcıya kimlər dəstək olur? FOTOLAR

Teleaparıcıya kimlər dəstək olur? FOTOLAR

Bu gün teleaparıcı-psixoloq İlham Mirzəyevin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, teleaparıcının 48 yaşı tamam olur. Onu bu münasibətlə ilk öncə doğmaları və əzizləri təbrik edib.

Nəzərinizə çatdıraq ki, İlham Mirzəyev 1966-cı ildə Şirvan şəhərində dünyaya gəlib. O, uşaqlıq və gənclik çağlarında, xeyli çətinliklərlə qarşılaşıb. Atası Əlikram bəyi erkən itirsə də, ali təhsilini başa vurmağı bacarıb. Anası Hacı Gülarə xanımda İ.Mirzəyevə dəstək olub. İlham müəllim 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əyani şöbəsinə daxil olub. Daha sonra 2000-ci ildə Space Müstəqil Teleradio şirkətində çalışmağa başlayıb. İlham Mirzəyev Azərbayan Milli Elmlər Akademiyasının (AMEA) fəlsəfə sosiologiya və hüquq institutunun elmi əməkdaşı və aparıcı elmi işçisi, dosenti, psixologiya üzrə fəlsəfə doktorudur. Eyni zamanda "Stresin sosial psixologiyası" kimi elmi monoqrafiiyanın, 70-ə dək elmi məqalələrin müəllifidir. Üç elmi monoqrafiyası Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. "Vətən", "Qızıl qələm", "Humay", "Hacı Zeynalabidin Tağıyev" mükafatlarına, AMEA-nın fəxri fərmanına layiq görülüb.

Qeyd edək ki, həyat yoldaşı Ramilə xanım İlham müəllimin bütün uğurlarının yaradıcısıdır. Böyük övladı Həsən artıq altıncı sinifdədir. Son beşik qızı Məsumə isə hələ üç yaşındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə