Türkiyənin tanınmış pop ifaçısı Mustafa Sandal "SA Organization"ın təşkilatçılığı ilə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, sənətçinin konserti 2 hissədən ibarət olub.
"Təsir altında" adlanan konsert proqramı ilə bakılı pərəstişkarlarının görüşünə gələn müğənni ən sevilən mahnılarını ifa edib. Onu 17 nəfərlik musiqiçi heyəti müşayiət edib.
İfası və səhnə performansı ilə tamaşaçıların zövqünü oxşamağı bacaran müğənninin hər ifası alqışlarla qarşılanıb.
Tamaşaçılarla səmimi ünsiyyət quran müğənni ona gül verən hər bir pərəstişkarını öpərək təşəkkür edib. 19 il əvvəl Bakıda gəldiyini deyən Mustafa illər sonra yenidən azərbaycanlı tamaşaçılarının qarşısında olmaqdan böyük qürur hissi duyduğunu söyləyib. Müğənni ifaları ilə yanaşı, zarafatları ilə də tamaşaçıları əyləndirə bilib. Mahnılar arasında kiçik mövzular haqqında söz açan Mustafa repertuarında yer alan ən sevilən mahnıları səsləndirib. "Araba" mahnısını oxuyarkən pərəstişkarlarının gurultulu alqışları ilə qarşılanan Mustafa bu sevgiyə layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib.
Konsert müddətində müğənninin vokalisti azərbaycan dilində mahnı səsləndirib.
Qeyd edək ki, 1990-ci illərdən səhnə fəaliyyətinə başlayan Mustafa Sandal Türkiyənin ən tanınmış sənətçilərindəndir. Özünü təkcə musiqidə deyil, həmçinin kino, serial, televiziya, reklam sahələrində də sınayan və uğurlara imza atan müğənninin bu günədək, ümumilikdə, 13 milyondan çox albomu satılıb.
İndiyədək musiqi sahəsində 20-dən çox mükafat alan Mustafa Sandal albomları və yazdığı mahnıları ilə həmişə tamaşaçıların yaddaşında qalmağı bacarıb.

.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB