Türkiyəli müğənni Mustafa Sandal artıq paytaxtımızın qonağıdır. SİA-nın verdiyi xəbərə görə, "SS production"ın dəvəti ilə Bakıya gələn ifaçı media nümayəndələri ilə görüşüb. O, 13 ildən sonra yenidən Azərbaycana gəldiyi üçün məmnunluq hissi keçirdiyini dilə gətirib: "Azərbaycanı çox sevirəm. Bura gəlmək dəvəti alanda çox sevindim və düşünmədən qəbul etdim. Heç bir kaprizim yoxdur. Təşkilatçılardan özəl istəklərim də olmadı. Mənimlə birlikdə 17 nəfərdən ibarət musiqiçi heyətimdə gəlib. Gecədə Azərbaycan mahnısı da səsləndirəcəm. Maraqlı konsert keçəcəyinə söz verirəm".
Qeyd edək ki, Mustafa Sandalın konserti bu gün Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB