Teleaparıcı bacısının toyunda ağladı FOTOLAR

Teleaparıcı bacısının toyunda ağladı FOTOLAR

Teleaparıcı İlahə Nizamiqızının bacısının toyu olub. SİA-nın verdiyi xəbərə görə, aparıcının bacısı dəbdəbəli məkanların birində toy mərasimi təşkil edib. İlahə xoş gününə şou-biznes nümayəndələrini də dəvət edib. Belə ki, müğənnilərdən Elnur Məmmədov, Səidə Sultan, Emil Bədəlov, Yaşar Yusub, Sevinc Ağaşirinova, Vüqar, rejissor Nail Naiboğlu və başqaları "Meridian"a təşrif buyurub. Gecəni idarə etmək aparıcılar Vüsalə Əlizadəyə və Samir Bayramlıya həvalə olunub.

El şənliyində maraqlı anlar yaşanıb. İlahə bacısının toyunda göz yaşlarını saxlaya bilməyib. Daha sonra tanınmış ifaçılar repertuarlarında olan mahnılarını ard-arda səsləndiriblər.

Qeyd edək ki, gecədə bəylə gəlin rəqs edərək gələn qonaqlara xoş əhval-ruhiyyə yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə