Şou-biznesdə fərqliliyi ilə seçilən stilist Samiraldo (Samir Əliyev) daha bir bacarığını ortaya çıxaracaq. Belə ki, SİA-ya açıqlama verən Samiraldo müğənnilik edəcəyini deyib: "Bildiyiniz kimi, uşaq evində böyümüşəm. O zamandan qarşıma məqsəd qoymuşdum ki, stilist olacam. Hazırda da tanınmış stilistəm. İndi isə çalışıram ki, məhşur müğənni olum. Bunun zamanla şahidi olacaqsınız. Hazırda şirkətlərin birindən təklif almışam. Sözügedən şirkət üçün erotik bəstə oxuyacam. Onlar söyləyirlər ki, məni tanınmış bolqariyalı müğənni Azisin obrazında görürlər. Onu da deyim ki, erotik mahnılar üçün əməkdar artist Elza Seyidcahana müraciət edəcəm ki, mənə mahnı yazsın. Ümid edirəm ki, yeni layihəm uğurlu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB