Müğənni: “Röya deyə bilməz heç kimlə salamlaşma”

Müğənni: “Röya deyə bilməz heç kimlə salamlaşma”

Müğənni Niyam Səlami zamanında yaxın dost olduğu həmkarı Röya Ayxandan danışıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda verilişlərin birində söz açıb: "Röya ilə ciddi davamız olmayıb. Sadəcə bir az incimişik. Hazırda Röyaya nə salam verirəm, nə də salamını alıram. Bəziləri deyir ki, guya mən Aygün Kazımova ilə yaxın olduğum üçün Röya məndən inciyib. Amma bu, yalandır. Heç bir müğənni məni sığortalamayıb. Röya da deyə bilməz ki, sən mənlə dostsan, heç kimlə salamlaşma. Hər bir dost arasında küsülülük ola bilər. Ailədə də söz-söhbətlər yaşanır. Tezliklə münasibətimiz yoluna düşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə